Qucaqlama turizmi
Deyir, bir nəfər ağsaqqal zəhmətkeşimiz yolda turistləri tutub, türkün məsəli, əlləşdiribdir. Mən videosunu izlədim, həqiqətən, ağsaqqal müəyyən dərəcədə əliuzunluq etmişdi, turist zənən xeylağının sinə nahiyəsinə əl atmağa çalışırdı.
Turistlər ər-arvad imişlər və velosipedlə dünya səyahətinə çıxıbmışlar. Milliyyətləri də maraqlı idi, ər alman, övrət isə yapon çıxmışdır. Az qala 2-ci dünya müharibəsi başlamaq olardı – ağsaqqalın bədniyyət hərəkəti üzündən.
Zəhmətkeşlərimiz də bu addımı qınayır, turizm sektoruna zərbə vuracağını qeyd edirlər. Baxmayaraq ki, şayiələrə görə, sonra ağsaqqal aşkar edilərək tərəfimizdən götürülmüş və tədbir görülmüşdür, turistlər isə polis orqanlarına dərin minnətdarlıqlarını çatdırmışdır. Ola bilsin, gedib “Berliner Zaytunq” qəzetinə intervü də verəcəklər, bizim ictimai-siyasi asayişdən nümunə götürməyə çağıracaqlar, ondan sonra Almaniya ta........
