Qadağan edilmiş yazılar
Bu yaxınlarda milli arxeoloqlarımız Cəlilabadda qazıntı zamanı kürə şəkilli daş tapmışdılar. Elan olundu ki, həmin daş neolit dövrünə aid nəsə bir artefaktdır və üstəlik, regionumuzda analoqu yoxdur. Yəni, sayın ailmlər də bilmirdilər bu zad nəmənədir, kim qayırmışdır, nə məqsədlə qayırmışdır və sairə.
Dünyada belə üsul var biləsiniz: nəsə tapırsan, mənasını bilməyəndə deyirsən bu bir artefaktdır. Məsələn, Binəqədi sakinləri öz deputatlarını 40 ildir artefakt elan etmişlər.
Nəsə, açığı mən siyasətə qarışmıram, elə-belə yazdım. Şair Fikrət Sadıq demişkən: “Üç cür olur zurnaçılar. Biri elə çalır, Biri belə çalır. Biri də elə-belə çalır”.
Ancaq mənim elmi versiyam var, hesab edirəm ki, Cəlilabadda tapılan həmin yumru daş... kartofun təsviridir. 3-5 min il qabaq da Cəlilabadda yaxşı kartof çıxırmış, onu yığıb Rusetə satırmışlar. Deməli, kartofu Kolumbun kəşf eləyib Amerikadan biz........
