Müsəlmanların hökuməti
“Azançı çəkər soyuğu,Molla yeyər toyuğu”(Azərbaycan ata sözü) Mən bu temanın diqqəti daha ciddi sosial məsələlərdən yayındırmaq üçün ortaya atıldığı qənaətindəyəm, nəinki hansısa xarici qara qüvvələrin əli olmağına. Ancaq yenə də uca millətimiz özünə əl qatıb haray-həşirlə bu absurd problemi müzakirə edirsə, biz də bir yandan qoşulaq. Nə olacaq ki? Söhbətdi, eləyirik – necə deyərlər. İlk növbədə, adamın insafı olar və bizim el məsəlində deyilən kimi, insaf dinin yarısıdır. Hazırkı Azərbaycan hakimiyyətini “islam dininin düşməni” adlandıranlar əgər dindar kəsimdəndirsə, böyük günaha batırlar. Allahınız olsun. Ortada statistika var, dəftər-kitab var axı. Azərbaycanda hazırda 2389 məscid var, bunların təxminən 1900-ü daimi fəaliyyət göstərir. Bu çoxdurmu, azdırmı? Müqayisə üçün, İranın 92 milyon əhalisinin 54 min məscidi var və böləndə hər 1700 adama 1 məscid düşür. Bizdə bu rəqəm təxminən hər 4 min adama 1 məsciddir. Ancaq onu nəzərə alın ki, İran........
