İnsan qurbanı bitdimi
Azərbaycanda hal-hazırda minimum əmək haqqı 400 manatdır, 1 ədəd qoyunun da qiyməti 350-400 manat arasındadır. Deməli, orta statistik zəhmətkeşimiz Qurban bayramı münasibətiylə qoyun alıb kəsmək istəsə, özünü faktiki qurban verməli olacaqdır.
O cümlədən, 1 kilo qoyun-quzu ətinin dəyəri 17 manatdan başlayıb 26 manata qədər gedib çıxırsa, heç 1 kilo qoyun əti alıb bayram keçirmək də (bizdə buna “evdə uşaqlar üçün qazan qaynatmaq” deyilir) o qədər asan məsələ deyildir.
Bəs nə etməli? Məncə qoyun-quzunun bayramda kütləvi kəsilməsi tədbirlərinə hansısa dəyişiklik edilsə yaxşı olar. Məsələn, virtual qurban ayinləri, quzuları bağışlamaq kimi tədbirlər ola bilər. Süni intellekt erasına qədəm qoymuşuq, minillik adətlərə yenidən baxılması zəruridir. Bəyəm küçələrdə sürü ilə qoyunların toplanması, antisanitar vəziyyətdə asfaltın üzərində müştəri gözləyərək........
