menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Hər seçiciyə 50 manatlıq ət!

32 0
11.09.2026

Məşhur 11 sentyabr hadisələrinin növbəti ildönümüdür və bəlkə indiki uşaq-muşaq bilməz, 2001-ci ildə həmin günün səhərisi bizim hökumət qəzetlərindən biri (adını yazıb niyə boşuna səs salım ki?) “Pentaqonda islahatlar davam edir” başlığıyla çıxmışdı.

Bin Ladenin uşaqları təyyarələri əkiz qüllələrə, həmçinin Pentaqonun böyrünə yapışdırandan azca qabaq bizim qəzetçilər növbəti sayı hazırlayıb nəşriyata göndəribmişlər, ta ərindiklərindən gedib orda dəyişiklik etməmişdilər. Əslində həmin qəzeti heç oxuyan olmurdu, elə bizim kimiləri məzə üçün vərəqləyirdik, ona görə güman edirəm “islahatların davam elədiyini” heç Pentaqon özü də bilməmişdi.

Ancaq hər halda həmin başlıq bizim media qurdlarının əlində-ovcunda qalıb, hərdən indiki kimi xatırlayıb xoşhal oluruq. Allah bütün ölənlərə rəhmət eləsin, qalanlara da cansağlığı.

Bir qahım var, təzəlikcə Albaniyadan turist səfərindən dönmüşdür, deyir orda mitinqə tuş gəldim: “Təsadüfən........

© Müsavat