menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Bakı-Tiflis qatarı möcüzəsi

13 0
21.05.2026

Yazımızı müdrik Mövlanə Cəlaləddin Rumidən bir hədislə başlayaq, yaxın-uzaq oxucularımızın könlü xoş olsun.

Deyir bir gün bir usta şagirdini çağırır, göstəriş verir: “Get, o taxçadakı şüşə qabı mənə gətir”. Şagird də təsadüfən çəpgöz imiş, şüşəni götürüb qayıdır ustanın yanına, ərz edir: “Ustad, şüşə iki dənədir, hansını istəyirsən?” Usta buna baxır, deyir səndən adam olmayacaq... Zarafat edirəm, Mövlanə nəql edir ki, usta şəyirdə buyurdu: “Şüşə bir dənədir, səhv edirsən”. Şəyird dirəşdi: “Vallah, iki dənədir”. Usta deyir: “O zaman birini əlindən burax”. Şagird belə edir, nəticə məlumdur – ortada qab adına heç zad qalmır.

Bəs bundan hansı nəticə çıxır? Mövlanə deyir: “İnsanı çəpgöz edən 3 şey vardır: tərəfkeşlik, hiddət və şəhvət”.

Bəli, bütün zəhmətkeşlərimizi Gürcüstana qatar reyslərinin açılması münasibətiylə təbrik edirəm. Şübhəsiz, bu, ilin hadisəsidir. Bəlkə də qərinənin. Ola bilər əsrin. Vaxt gələcək, min illər keçəcək, Bakı-Tiflis qatarında sərhədi birinci keçən........

© Müsavat