Ağlaşmağa senzura
Bir nəfər seyid var, adını çəkmək istəmirəm, deyir hökumət mənim məhərrəmlikdə mərsiyə oxumağımı qadağan edibdir. Açığı, mən nə mərsiyə xoşlayıram, nə bu seyidi, nə də sayın hökumətimizi, ancaq qərar müəyyən dərəcədə xoşuma gəldi. Çünki yazdığım kimi, bu tipdən zəndeyi-zəhləm gedir, başqa yöndən, ağlaşma qurmağın, özü də 1600 il keçəndən sonra, hansısa mənası olduğunu zənn etmirəm. Bu temada Sabir yüz il qabaq çox gözəl yazıbdır: “Ağladıqca kişi qeyrətsiz olur, Necə ki, ağladı İran oldu”.Hərçənd, indi bu beyti bəzi iranpərəst mollalarımıza desən, deyərlər niyə ki, İran lap qeyrətli ölkədir, o boyda ABŞ-ın qabağından yemədi, axıracan güləşdilər, Hörmüzdən neft yerinə, yalan olmasın, qan axırdı. Bu tema mənasız mübahisələrə yol açır, ekspertlər demişkən.
Digər tərəfdən, azadlıq aşiqi olduğum üçün (Nemət Pənahlı yoqaya keçib təpəsi üstündə gəzəndən bəri bu........
