menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Ərəblər və yəhudilər birgə “Yaşar”mı

20 0
09.11.2026

Yaxud, AXC parlamentindəki daşnakları xatırlayarkən

İsraildə 27 oktyabr parlament seçkisindən sonra iki əsas siyasi qruplaşma – Netanyahunun sağçı bloku və Qadi Ayzenkotun “Yaşar!” bloku hökumət qurmaq üçün lazım olan sayı əldə edə bilməmişdi. Netanyahunun  53, Ayzenkotun isə 48 mandatı vardı. Baş nazir seçmək, hökumət yaratmaq üçünsə minimum 61 deputat lazım idi.

Lakin deyəsən İsrail siyasi böhrandan qaçmaq üzrədir və prezident Hersoq bugünlərdə Ayzenkota yeni hökumət üçün 1 aylıq vaxt və səlahiyyət verib. Bəs nə baş verdi? Ərəblər İsrailin keçmiş baş qərargah rəisi, general Ayzenkota yardım əli uzatdılar!

Bəli, çoxumuza inanılmaz görünsə də, İsraildə ərəblərin öz siyasi partiyaları var və onların müsəlman bloku seçkidə rekord sayda mandat əldə etmişdi: 19 deputat yeri. İndi həmin ərəblərin sayəsində Ayzenkotun baş nazirliyini dəstəkləyən deputat sayı 67-yə çatıb.

Bunu niyə yazıram? İsrail bütün Orta Şərqdə, ümumiyyətlə Ərəbistan yarımadası........

© Müsavat