Xocalı cəlladından NÖVBƏTİ həyasızlıq – “Azərbay
Ermənistanda son dərəcə kritik və taleyüklü 7 iyun parlament seçkiləri yaxınlaşdıqca radikal-revanşist qüvvələrin hakimiyyət əleyhinə ideoloji terroru və təzyiq cəhdləri də artır. Hədəf məlum: nəyin bahasına olur-olsun, Baş nazir Nikol Paşinyanın “Real Ermənistan” gündəliyini ictimai rəydə gözdən salıb təzədən “bulanıq suda” balıq tutmaq, seçicinin “saqqızını” oğurlayıb hakimiyyəti ələ keçirmək. Odur ki, hər cür absurd və iyrənc təbliğati fəndlər dövriyyəyə buraxılıb.
“Əgər “Ermənistan” bloku qarşıdakı seçkilərdə qalib gəlsə, müharibə olmayacaq”.
Bunu ötən gün Xocalı hərbi canisi, ölkənin ikinci prezidenti Robert Koçaryan iddia edib.
“Əgər bizi 2021-ci ildə (növbədənkənar parlament seçkilərində - Z.S.) seçsəydilər, Qarabağ əhalisi qətiyyən qovulmazdı. Çünki biz vəziyyəti tamamən dəyişən o azmaq Praqa bəyanatını imzalamazdıq. Mən buna şübhə........
