Ruslar ÜSYANA hazırlaşır? – “Ukraynada qələbə mü
“Rusların üsyan etməsini gözləməyin. Onlar qıtlığa, növbələrə və hakimiyyətə dözməyə öyrəşiblər”. Belə bir iddianı “Atlantik” jurnalı irəli sürüb.
Nəşr ardınca yazıb ki, Ukraynanın Rusiya iqtisadiyyatı üçün problem yaradan və yanacaq çatışmazlığına səbəb olan uğurlu zərbələrinə baxmayaraq, ölkədə kütləvi etirazlar baş verməyib. “Etirazların yaxın vaxtlarda olması ehtimalı da azdır. Ruslar hakimiyyətə qarşı üsyan etməkdənsə, yeni problemlərə daha çox uyğunlaşırlar. Çatışmazlıq, növbə və gündəlik çətinlik onlar üçün yeni şey deyil – Sovet dövründən bəri kölələr dözməyə və gözləməyə öyrəşiblər. Amma əsas məsələ dövlət qorxusudur. Hətta indi də ruslar FTX-yə bildirilməkdən və narazılığın hər hansı bir təzahürünə görə həbs olunmaqdan qorxurlar”, - məqalədə vurğulanıb (Axar.az).
O da bildirilir ki, son zamanlar narazı, qorxu və kədər yaşayan rusların sayı artsa da, bu, hələ ki, onları küçələrə çıxarmayıb. Əksəriyyət indi də ölkənin guya düzgün istiqamətdə getdiyinə inanır və problemlərinə görə Putini yox, Qərbi günahlandırır...
Rus mujiki haqda belə fikirlərdə həqiqət payı olmamış deyil. Amma bir ifadə var: “Heç vaxt “heç........
