NTV-nin YERSİZ qərəzi - Bakı və İrəvan hədəfə BU
Kremlin nəzarətindəki NTV telekanalı Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirib. Yayımlanan reportajda erməni işğalı dövrünə xas təxribatçı terminologiyadan istifadə olunub. Diqqəti çəkən, həmçinin, hadisənin Ermənistanda seçki mühitinin qızışdığı və Baş nazir Nikol Paşinyanın Moskva səfəri ərəfəsi baş verməsidir.
Məsələ ondadır ki, süjet boyu ritorika yetərincə aqressiv və emosional xarakter daşımaqla yanaşı, Bakı və İrəvan arasında davam edən sülh prosesi əleyhinə açıq narazılıqla müşayiət olunub. Bundan əlavə, telekanal Paşinyanı sərt tənqid edib, o sırada onun 44 günlük müharibədən sonra regiondakı yeni reallıqları qəbul etməsi “Rusiyanın bölgəyə təsir imkanlarını zəiflədən faktor kimi” təqdim olunub.
“Xoruzun qırmızı quyruğu” da elə burda gizlənir...
Sirr deyil ki, keçmiş Dağlıq Qarabağ probleminin tarixin arxivinə verilməsi ilə Rusiya Güney Qafqazda Azərbaycan və Ermənistana ən azı, 100 illik (1923-2023) təzyiq........
