Qonşu ölkənin qardaş prezidentinin səfəri – Eyfo
İran və Azərbaycanın münasibətləri yeni mərhələyə adlamaqdadır. Bir neçə il öncənin gərginliyi xeyli dərəcədə zəifləyib.
Milli mənşəyi etibarilə Azərbaycan türkü olan, üzündə peşəsindən gələn mərhəmət ştrixləri açıq sezilən Məsud Pezeşkianın İran prezidenti seçilməsi və onun ölkəmizə səfəri aradakı buzları əridən amillərdən biridir.
Söz yox, başqa amillər də var. Onların sırasında ABŞ başda olmaqla kollektiv Qərbin İrana qarşı avantürist planlarına Azərbaycanın həmişə və birmənalı şəkildə “yox” deməsini göstərmək olar.
Eyni zamanda Tehranın israrla dəstəklədiyi, yardım göstərdiyi Ermənistanın ABŞ və Fransanın hərbçilərini, kəşfiyyat qruplarını gətirib İranın burnunun dibinə yerləşdirməsinin də ümumi atmosferə bir təsiri olmamış deyil.
İran rəhbərliyi bu “cici-bacılığa” qarşı sərt bəyanatlar verməsə də, Ermənistanın Qərbin plasdarmına çevrilməsindən xoşnud olmadığı birmənalıdır.
Pezeşkianın hələ prezidentliyə namizəd olarkən, daha sonra prezident kimi toplantılarda çıxış edərkən İranın və Azərbaycanın böyük şairi Şəhriyardan mənalı misralar söyləməsi, bu hərəkəti Bakıda da təkrarlaması ölkəmizdə onun şəxsiyyətinə böyük rəğbət və diqqət yaradıb.
Bu, müəyyən qədər hissə qapılmalara da gətirib çıxarıb. Ölkəmizdə Pezeşkianı İrandakı........
© Müsavat
