Məzhəb təəssübkeşliyinin fəsadları
Dünyada müxtəlif təəssübkeşlik predmetləri var: irqi təəsübkeşlik, dini təəssübkeşlik, milli təəssübkeşlik, vətən təəssübkeşliyi, sinfi-ideoloji təəssübkeşlik, idman təəssübkeşliyi, cinsi təəssübkeşlik, regional təəssübkeşlik və s.
Bu sıraya hətta mahal, rayon, kənd təəssübkeşliyini də əlavə etmək olar. Çünki bir çox adamlar yalnız bu müstəvidə özlərini ifadə edə bilirlər, başqa vaxt dünya dağılsa da, veclərinə olmur.
Öz irqindən olanların təəssübünü çəkmək irqçilikdir.
Öz millətinin təəssübünü çəkənlərin ifrata varması nasizmə, şovinizmə aparır.
Cinsi təəssübkeşliyin axırı feminizmlə (kişiləri düşmən elan etməyə) və patriarxal düşüncənin dərinləşməsi (qadınların hüquqsuzluğu) ilə bitir.
Siyasi-ideoloji təəssübkeşliyə görə bir ölkədə yaşayan insanlar uzaq bir ölkədəki əqidədaşlarını dəstəkləyirlər. Məsələn, bir zamanlar SSRİ əhalisi rəsmi təbliğatın təsiri altında Vyetnamda, Kubada, Çilidə, Nikaraquada siyasi mübarizə aparan marksistləri müdafiə edirdilər.
İdman təəssübkeşliyi özlüyündə bir yerə qədər təhlükəli bir şey deyil. Bakıda........
