İftira və həqarət önündə susmağın adı - “Bir mil
Ölkəmizin ətrafında süni şəkildə yaradılmış gərginliyin, informasiya məkanımıza səngiməyən ballistik söyüş raketlərilə hücumun, ünvanımıza səslənən ağır sözlərin qarşısında soyuqqanlı olmaq çətindir.
Ancaq nə qədər çətin olsa da, məhz buna çalışan minlərlə soydaşımız var. Onlar təmkinimizi pozmamağın, strateji düşünməyin, Türkiyə dövləti ilə münasibətləri korlamamağın, emosiyaya qapılmamağın tərədarıdırlar. Əsasən haqlıdırlar.
Bununla belə, bu düşüncənin haqsız və minus tərəfləri də var. Biz təmkinli davrandıqca, ayın əvvəlindən başlayaraq üzərimizə hücumlar səngimir, hətta əksinə, bir az da şaxələnir. Söyüşlər ağırlaşır. İttihamlar çoxalır. Baş qaxıncları artır. Hədələr səslənir.
Söyüş və təhqirlərdən misal gətirmək mümkün deyil, amma hədələrin biri belədir ki, Rusiya, İran və ya Ermənistan Azərbaycana hücum edərsə, onda Türkiyə kənardan baxacaq və Azərbaycan gününü görəcək. Daha biri də odur ki, qoy Türkiyə Azərbaycandan gələn neft və qaz kəmərlərinin işini, eberjidaşıyıcıların nəqlini dayandırsın və Bakı neft-qaz sata bilməsin. Azərbaycana hava sahəsi verməməyi təklif edənlər də var.
Bunların çoxu, əlbəttə ki, əvvəl yazdığımız kimi, heç də etnik kökəncə türk deyillər, əslində Türkiyə və Azərbaycan xalqına düşmənçilik hissi bəsləyən etnik azlıqların nümayəndələridir, əllərinə fürsət düşüb, bizdən qisas almaq, Türkiyə və Azərbaycanın arasını vurmaq istəyirlər.
Fəqət milli təəssübkeşlik (futbol azarkeşliyi ovqatı ilə) hissi ilə bu provokatorlara........
