menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Hicab pərdədir, dava hizb davasıdır– ölkəni başq

25 0
07.10.2026

Avropa ölkələri dünyəvilik və klerikalizm mübahisəsini 100 il bundan əvvəl həll edib, bütün daşları yerinə oturdub və polemikanı bitiiriblər.

Daha heç bir Avropa ölkəsində “dünyəvilik, yoxsa klerikallıq” sualı qoyulmur və bunun üzərində mübahisə aparılmır.

Vatikandan başqa hamısı sekulyar dövlətdir., hamısında din dövlətdən, məktəb kilsədən birdəfəlik ayrılıb və dinin cəmiyyət üzərində dominantlığı yoxdur.

Müsəlman şərqində isə elə deyil. Burada “islam respublikaları”nın artması müşahidə olunur. 1979-cu ildə yaranan “islam respublikası”nın ardınca Əfqanıstan da “islam əmirliyi” oldu. Pakistan 1956-ci ildən, Mavritaniya isə 1958-ci islam respublikalarıdır.

Bir də adlarında “islam” sözü olmayan dini dövlətlər - krallıqlar, əmirliklər və sultanlıqlar var: Səudiyyə Ərəbistanı, İordaniya, Mərakeş, Bəhreyn, Oman, Qətər, Küveyt, BƏƏ, Bruney və Malayziya federal monarxiyası. Ümumilikdə dunyanın 53 ölkəsində müsəlmanlar əhalinin əksəriyyətini təşkil edir, 28 ölkədə isə islam dövlət dini statusu daşıyır.

Bu ölkələrdə din dövlətdən ayrı deyil, dini dəyərlər cəmiyyət həyatının əsasıdır, dövlətin sosial-siyasi və mədəni həyatında dini qurumların rolu həlledicidir, sosio-teoloji ideyalar........

© Müsavat