menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Başqa ölkənin siyasi fəalı olmaq – bu, artıq aza

23 0
12.07.2026

İranın mərhum lideri Əli Xamneyinin uzun sürən vida mərasimi və dəfn prosesi, eləcə də ABŞ-İran müharibəsinin yenidən qızışması ölkəmizin ictimai-siyasi fəalları arasındakı münasibətləri yenidən gərginləşdirib.

Yenə İrandakı dini-hərbi rejimə dəstək bildirənlər və onların mövqeyi ilə razılaşmayanlar var.

Başqa dövlətin problemlərini, daxili işlərinə dair özəllikləri ürəyinə salan, onları özünə dərd edən vətəndaşlarımızın bu qədər olması, sözsüz ki, normal hal deyil.

Çünki İran güllük-gülüstanlıq olsa da, hazırda olduğu kimi müşküllər girdabında çabalasa da, başqa ölkədir və bunun başqa qanunlar əsasında yaşayan xarici ölkənin vətəndaşlarının həyatına və rifahına təsiri yoxdur. Elədirsə, səhərdən axşama qədər İranın dərdini çəkmək, televizorunun çanaq antenini Tehrana tuşlamaq əbəsdir.

İran böyük dövlətdir, 90 milyon əhalisi, yüz minlərlə siyasətçisi, milyonlarla ictimai-siyasi fəalı var. Onlar öz problemlərini özləri həll edəcəklər və ya etməlidirlər. Bizimkilərin burada oturub İrana azarkeşlik etmələri boşuna nəfəs və enerji tükətməkdir.

Daha pisi odur ki, İrana azarkeşlik edənlər, onun xarici aqressora qalib gəlməsini istəyənlər heç də İrandakı mülki hakimiyyətin........

© Müsavat