“Van minut”dan 16 il 5 ay sonra yada düşən 111 i
Zaman dəyişdikcə dövlətlər arasındakı münasibətlər də dəyişir, müttəfiqlik büsatları zədələnir, düşmənçiliklər səngiyir, yeni ittifaqlar və yeni intriqalar yaranır.
1941-45-ci ildə Rusiya və Ukrayna birlikdə nasist Almaniyasına qalib gəlmişdisə, bu gün bir-biri ilə vuruşurlar.
II dünya müharibəsində SSRİ adlanan Rusiya imperiyası ilə müttəfiq olan, Moskvaya silah, pul ərzaq verən ABŞ və İngiltərə bu gün Moskvanı vurana silah, pul verir.
Dünənə qədər Polşa ilə Ukrayna can bir qəlbdə idisə, bu gün köhnə dostluq pozulub, hər iki dövlətin rəhbərləri bir-birindən aldıqları orden-medalları geri qaytarırlar.
Ötən əsrin ortalarında müsəlman dünyası ilə düşmən olan İsrail dövlətinə regionda normal yanaşan yalnız İran və Türkiyə idisə, bu gün hər ikisi İsraillə qarşılıqlı düşmənçilik mövqeyindədirlər. Bunun əvəzində indi ərəb-müsəlman dövlətləri İsraillə anlaşmağa, dinc, yanaşı yaşamağa meylləniblər.
Şah Pəhləvinin dövründə İsraillə İranın müttəfiqliyinin necə barışmaz düşmənçiliyə çevrilməsi və gərginliyin hansı şiddətdə olması heç kəsə sirr deyil, amma Türkiyə ilə İsrailin münasibətlərinin bu hala gəlməsi yeni........
