Udanda Qullit kraldır, uduzanda – Klüvert “neqr”
Yazırlar ki, Niderland millisinin mundialın 1\16 final qarşılaşmasında Mərakeşə penaltilər seriyasında uduzan futbolçuları sosial şəbəkələrdə irqçi təhqirlərə məruz qalıblar. Məğlubiyyət yetimdir axı.
Həmin oyun doğrudan da qəribə qurtardı. Qaradərili oyunçular - Castin Klüvert, Kvinten Timber və Krisensio Sammervil topu qapıdan keçirə bilmədilər, nəticədə çempionluğa namizəd olan komandalardan biri xəlbirləndi, getdi.
Komanda uduzursa, günahkar tapılmalıdır, ya yox? Tapılmalıdır. Bunu kim tapmalıdır, mütəxəssislər, yoxsa azarkeşlər? Əlbəttə, ikincilər. Birincilər çox söz deyə bilər, əsas rəy yiyəsi ikincilərdir. Onlar bu işi bilirlər.
Ona görə də azarkeşlər Patrikin oğlu Castiniin ünvanına pis-pis sözlər deyiblər. Dünənə qədər bu azarkeşlər Patrik Klüvertlə qürur duyurdular, dərisinin rəngi yada düşmürdü. Niderland millisi qələbə qazansaydı və qollardan birini Castin vursaydı, hollandlar onu ən azı dəniz səviyyəsinə qaldıracaqdılar (bildiyiniz kimi, Niderland dəniz səviyyəsindən aşağıda yerləşir). Amma ortada məğlubiyyət var, bunda günahkar isə qaradərili oyunçulardır, ona görə də onlar yerin dibinə soxulmalıdırlar.
İndi bu məsələyə görə Niderlandda qanqaraçılıq var. Yerli əhalinin bir xeylisi Niderlandın müstəmləkələrindən gəlmiş, gətirilmiş insanların züryətidir. Onlar çoxdurlar və irqçi təhqirlər........
