menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Milli soyadlı sovet bayraqdarları – biri zəfərim

20 0
03.08.2026

Sovet bayrağı qaldırdıqlarına görə həbs edilən 4 adamın üçünün soyadı diqqətimi cəlb etdi: Bayramlı, Əsədli, İbrahimli.

And içərəm ki, onların işini aparan müstəntiqin, onlara cəza tələb edən prokurorun və hökm oxuyan hakimin soyadlarının sonluğu “ov”-“yev”lə bitir.

Paradoksaldır, sovet nostaljisi ilə yaşayan şəxslər milli soyad sonluğu qəbul ediblər, onları cəzalandıranlar isə sovet rejiminin qalığından qurtulmayıblar.

Həbs edilənlərdən birini – Elçin Bayramlını tanıyıram. Qonşum və həmkarımdır. Bir-iki dəfə rastlaşmışlığımız da var, amma sosial şəbəkədəki “dost”luğumuz daha ötədir.

Deyim ki, kommunist əqidəsi daşısa da, Elçin ziyanlı adam deyil, xalqın mənəviyyatı, durumu, ölkənin bu günü, gələcəyi ilə bağlı dürüst fikirləri var. Hər şeyin yaxşı olmasını, hamının firavan yaşamasını istəyən idealist adamdır.

E.Bayramlı hesab edir ki, dünyanın başına ip salıb oynadan ölkə ABŞ-dir. Həmkarımız o ölkəni “şeytan yuvası” adlandırır və dünyanın harasında nə pis iş olursa, aparıb ABŞ-yə bağlayır. İnsafən, çox vaxt təsbitləri düz olur. Yanılqı isə hər kəsə xasdır, bu heç.

Amma düzünə qalsa, ondan gözləməzdim ki, gedib əlinə Azərbaycan SSR-in bayrağını götürər, aksiyaya çıxar. O, adətən........

© Müsavat