menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Masazır gölünün sahilindəki haqq-hesabın şərhi

52 0
13.08.2026

İndiyə qədər futbol icmalçılarımızı tənqid edənlərlə razılaşmırdım, deyirdim, oyunları bədahatən şərh etmək meyxana demək qədər çətin işdir, bunu mində bir adam bacarar. Əslində yenə də o fikirdəyəm, amma bir “əmma” var.

Bu da ondan ibarətdir ki, axırıncı dəfə “Sabah”ın Çempionlar Liqasının təsnifat mərhələsində Danimarkanın “Orhus” klubunu Masazır gölünün sahilində incitdiyi oyunin şərh edilməsində iki şey xoşuma gəlmədi.

Bunlardan biri odur ki, şərhçimiz Tural həddən artıq qışqırırdı – var gücüylə, insan beyninə psixoloji təcavüz sayıla biləcək bir desibellə. Nə olub, ay qardaş? Futboldur də. 10 ballıq zəlzələ deyil, 50 metrlik sunami gəlmir, məhəlləyə ballistik raket düşməyib. Bu nə hay-həşirdir? Qol olub, cəhənnəmə, gora olsun, ta camaatı niyə yağı-bağır edirsən?

Bir dəfə sosial şəbəkədə ərəb şərhçinin 20-30 saniyəlik qışqır-bağırını paylaşmışdılar, dinləyəndə adam futbola nifrət edirdi. Sanasan, Beyrutdur, İsrail yenə “Hizbullah”ın ofisini vurub, ölənlər var, yaralılara da təcili ambulans lazımdır.

Ümumiyyətlə, bizim şərhçilərdə belə bir qənaət formalaşıb ki, oyunu nə qədər həyəcanla, qışqır-bağırla şərh etsələr, qol olanda onu “qoooooooooooooooooooooooooooooooooooool”........

© Müsavat