Deyir, dünyanın nəyindən narahatsan? – Çox şeyin
Alimlə Üzeyir bir-birinə deyirlər, dünyanın nəyindən narahatsan. Belə görünür, özləri dünyadan çox da narahat deyillər. Amma, Tenqriyə and olsun, narahat olmalı məqamlar çoxdur.
Özü də bu fikirdə olanlar milyonlarladır, demək olar ki, adları çəkilən sənətkarlardan başqa, hamı dünyanın bir şeyindən narahatdır.
Şəxsən özüm dünyanın gələcəyindən narahatam. 9 ölkənin əlində nüvə başlıqlı ballistik raketlər var və ən azı 6-sı (ABŞ-Rusiya, Şimali Koreya-ABŞ, Hindistan-Pakistan, İsrail-Pakistan, Rusiya-Böyük Britaniya, Fransa-Rusiya) bir-birinə düşməndir. Hələ İran da o silahı əldə etsə, nüvəli düşmənçiliklərin sayı 3-4 cüt də artacaq. Ondan sonra gəl pəstaha tamaşa elə. Zatən, neçə vaxtdır, “vur-vurum” edirlər.
Yüz milyonlarla yeniyetmə və növcavan var, gözlərini dikiblər ki, bir az böyüyəcək, daha xoşbəxt olacaqlar (elə bilirlər). Onlar da çox narahatdır. Necə ki, 1988-ci ildə ermənilər Xankəndidə ortalığı qarışdıranda kəndçimiz Mətləb müəllimin 7 yaşlı oğlu demişdi, zibilə düşdük e, alçaqlar aranı qatacaq, evlənə bilməyəcəyik.
Dünyanın bir tərəfində, yüksək rifahlı cəmiyyət, sosial dövlət qurmuş insanlar azalır, o biri tərəfində gücü yalnız bircə şeyə çatan kasıblar artır, necə........
