Bunker hakimləri və ya VAR-ın yox olması...
Aşıq demişkən, əllini birtəhər aşırasan, yüzə bir şey qalmaya və birdən öyrənəsən ki, indiyə qədər suyu düz içməmisən, günah eləmisən.
Bunu bizə Azərbaycan futbolu öyrətdi. Tovuzun “Turan” komandasının Zirənin “Zirə” komandasına uduzdurulmasından sonra aşkara çıxdı ki, referi Əliyar Ağayev suyu oturub içənlərdən imş.
“Suyu oturub içmək” ifadəsini ilk oxuyanda, düzü, ağlıma başqa pozisiyalar gəldi, amma sonra gördüm ki, yox, söhbət suyu oturub içməkdən gedir. Onda anladım ki, indiyədək azı 1 milyon dəfə suyu qrafindən fincana süzəndən, bulaqdan götürəndən, mağazadan cürdəkdə alandan sonra məhz ayaq üstə içmişəm.
Buna görə axirətdə zəbanilər dirəşsələr ki, niyə belə bir günah eləmisən, veriləcək cavabım yoxdur. Yalnız onu deyə bilərəm ki, bilməmişəm, başa salan olmayıb. Gec də olsa, səhvimi düzəldirəm. Hazırda bu yazını oturmuş vəziyyətdə yazıram və qarşımda bir stəkan “Badamlı” suyu var, cümləni bitirən kimi ayağa durmadan içəcəyəm. (Ey dadı-bidad, görəsən, suyun........
