Bir ziyafət, iki qəbz - “Çıtır tavuk salatası”nı
Ana dilimizin qeyd olunduğu gün üç həmkarımız “Kaddeh”restoranına varid olublar ki, bir qismət çörək yesinlər.
Onlardan birinin - Könül Ayparanın yazdığına görə, 3 banka kola, bir albalılı pomidor, bir sezar salatı, iki porsiya kartof qızartması, iki porsiya da qızardılmış toyuq sifariş ediblər. Musiqi də varmış. Əvvəlcə bir müğənni oxuyub, sonra di-cey qonaqları feyziyab edib. Lap axırda ziyafətin hesabı gəlib: 150 manat! Şok!
Əlbəttə, həmkarlarımız oliqarxiya kastasından və ya “papanın gül balaları” sinfindən olsaydılar, dinməz-söyləməz şəkildə pullarını ödəyib gedərdilər. Amma bunlar jurnalistdirlər, quşqulanıblar ki, haqq-hesab düz deyil – istehlakçı hüquqları, qiymətin əsassız şəkildə şişirdilməsi-filan.
Mübahisə yaranıb. Amma restoratorlar dirəşiblər. Məlum olub ki, müştərilər başqa vaxt haqlı ola bilərlər, amma hesabı ödəmək məsələsində həmişə haqsızdırlar və qəbzdə nə yazılıbsa, ödəməlidirlər.
Məsələ böyüyüb, hesablaşma uzanıb. Ortaya çıxıb ki, jurnalistlərə təqdim edilmiş fakturada yemədikləri, içmədikləri təamlar da qeyd olunub və hesab yuvarlaqlaşdırılıb. Polemika dərinləşəndən sonra hadisə yerinə restoranın sahibi Hakkı bəy də gəlib və həqqaniyyət tərəfdarı........
