Balaəlinin və Bill Qeytsin saatları – birininki
Ömrümdə bircə dəfə meyxanaçıların deyişdiyi toyda olmuşam. Balaxanıda iş yoldaşımızın qardaşı oğlunun kiçik toyuydu, kənd kulinariyasının ləzzətli təamlarından nuş etdikdən sonra mağara, toyxanaya adladıq. Tanınmış və tanınmamış meyxanaçılar cərgə ilə oturmuşdular və ionikanın müşayiəti ilə, avazla meyxana deyir, deyişirdilər. Bildiyiniz söhbətlər. Bir-birinə sözsoxmalar.
Belə götürəndə pis məclis deyildi, öz axarıyla gedirdi.
Auditoriyada hər yaşdan adam vardı, amma əsas kontingent 20-40 yaşlılar idi. Onlar deyişmələri böyük zövq və şövqlə dinləyirdilər, “güclü söz deyənlər”i alqışlayırdılar, lap çox xoşları gəldiyində “rəyasət”ə yaxınlaşır, meyxanaçılara pul verirdilər – 5, 10, 20 manatlıq əskinaslar.
Bu toyxana və onun auditoriyası yadıma Balaəlinin dediyi sözlərə görə düşdü. Balaəli bu günlərdə qazandığı pullar barədə danışarkən belə içkiyə-filana pul xərləmədiyii demiş və belə bir əlavə etmişdi: “Gedib 50 manatlıq yox, 500 manatlıq köynək, 100 manatlıq ayaqqabı yox, 1000 manatlıq, 50 manatlıq saat yox, 10 min manatlıq saat........
