menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Adamın bəxti qara olmasın, rəngi boş şeydir

7 0
yesterday

Kamerunlu futbolçu Kristian Kamtanın ölkəmizin futbol liqasında irqi ayrı-seçkiliyə məruz qalması xəbərini dalaq ağrısı ilə oxudum. (Futbolçularla bağlı xəbərlərdə adam ürək ağrısı yox, dalaq sancısı hiss edir və bunun nə demək olduğunu bilənlər bilir).

Düzdür, Kamta konkret ona qarşı necə irqi ayrı-seçkilik edildiyini mediaya açıqlamayıb, amma dəvət olunduğu və izahat verdiyi Ombudsman Aparatında bu barədə yəqin ki, özbək qardaşlar demişkən, bətəfsil (yəni təfsilatla) danışıb.

Biz sadəcə, bu xüsusda təcrübəli olduğumuzdan təxmin edə bilərik ki, kamerunlu Kamta hansı irqi ayrı-seçkiliyə məruz qalıb.

Əlimi Stalinin “Makrsizm və milli məsələ” kitabına basıb and içərəm ki, yerli komanda yoldaşları Kamtaya dəqiqəbaşı “qarabala” deyirmişlər: “Ə, qarabala pas ver dəə”; “Ə, Krısa, qaç, iki butulka, pivə al, gəl”; “Marketə gedirəm, qarabala, sənə banan alım?”; “Kamta, dəniz sezonu açılsın, gedək bir zaqar alax, hı-hı-hı” və sair və ilaxır.

Bu, bizdə qaydadır, özümüz sanki polyakıq, islandiyalıyılıq, norveçliyik, dərimiz də kağız ağıdır, ona-buna “qara” deyirik. Heç yadımıza düşmür ki, Rusiyada bizə “çernojop”........

© Müsavat