menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

17 “O”-lu qol sevinci – Sent-Lusiyanın qonşuları

30 0
28.03.2026

Xəbərim yox idi, bir də eşitdim ki, qonşudan, uzaqlardan bir uzun “qoooooooooooooooool” nidası yüksəldi. Dedim, ilin-günün bu vaxtında bu, nə qoldur belə. Düşündüm ki, hər nədirsə, bu, azarkeşlik edən icmalçının hayqırtısıdır.

Düzdür, son vaxtlar idman şərhçilərimiz, tez-tez doğma, əziz Türkiyənin klublarının qapısına qol vurulanda da bu sayaq çığırır, sevinc-fərəh nidası qoparırlar, amma qonşudan gələn “qooooooooooooooool” (“o”-ların sayı beş aşağı, beş yuxarı ola bilər, qüsura baxmayın) sədası çox doğma gəldi.

Zənnim məni aldatmadı, 30-40 saniyənin içində qol sevincinin qaynağını tapdım, gördüm ki, Sent-Lusiya adlı ölkənin milli komandasının qapısına qol vurmuşuq.

Çox fərəhdoğurucu idi, aylardan sonra biz də nəhayət, şeytanın diz bağlarına travma yetirmiş, rəqib qapısına penaltidən də olsa qol vurmuşduq. Görməmişin oğlu olanda necə “oğlum oldu, oğlum!” deyə qışqırarsa, bizimki də bir az ona oxşayırdı. Amma şükür eləmək lazım idi. Nəhayətdə, rəqibin qapısına daha 4 qol vuraraq, həm sübut etdik ki, penalti qolu təsadüfi deyilmiş, həm də tariximizdə ilk böyük hesablı qələbəmizi qazandıq,

Bircə problem vardı ki, ölkəmizin azarkeşlərinin........

© Müsavat