menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

“Tatlışiş”in şişindəki dadlı təam – restoran biz

57 0
20.08.2026

Mövzuya bir olmuş əhvalat və bir rəvayətlə girmək vacib oldu.

Demək, 5-6 il öncə bir qrup jurnalist Qazaxıstana, nəsə bir tədbirə gedirlər. Toplantı-filandan sonra bunları restorana, qazax xalqının kulinariyasının ləziz təamlarından dadmağa aparırlar. Süfrəyə beşbarmaq xörəyi gətirilir. Bilənlər bilir, bu, bizim xəngələ yaxın bir yemək növüdür, intəhası, beçə əti əvəzinə at əti ilə verirlər. Qrupun üzvlərindən biri – Xəqani Səfəroğlu yeməyi iştahla yeyir, görür ki, səfər yoldaşları yeməyə girişmək istəmirlər. Xəqani onlara deyir: “Adə, siz necə türkçüsünüz? Mən talış ola-ola iki pors beşbarmaq yemişəm, siz hələ baxırsınız”.

Rəvayət isə orta məktəb dərsliklərində vardı. Türk uluslarının birində yaşayan və adı dillərdə gəzən şahanə atı olan kişiyə qonşu səltənətdən qonaq gəlir. Kişinin evində yeməyə bir şey olmur, qonaqların yanında üzüqara olmamaq üçün atı kəsir, mehmanlarını məmnun edir. Süfrə yığışılandan sonra qonaqlar deyirlər, bəs, bizi padşahımız sənin atını almağa göndərib. Kişi də deyir ki, bəs atı kəsib, onları doyurub. Qonaqlar ağsaqqallın comərdliyinə qarşılıq olaraq at üçün gətirdikləri qızıl pulu ona verib........

© Müsavat