menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Erməni mediası Qarabağa səfər edən səfirləri həd

12 0
12.09.2026

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərə səfəri Ermənistan mediasında adi protokol xəbəri kimi qalmayıb. İlkin məlumatlardan sonra proses Qərb diplomatlarının hədəfə alınmasına, Gəncəsər və Xudavəng ətrafında “mədəni irs” kampaniyasına, Azərbaycanın Qarabağ üzərində suverenliyini şübhə altına alan siyasi çağırışlara çevrilib.

Musavat.com xəbər verir ki, sentyabrın 11-12-də təşkil olunan ikigünlük səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150-yə yaxın şəxs iştirak edib. Prezidentin köməkçisi Hikmət Hacıyevin müşayiət etdiyi nümayəndə heyəti Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə bərpa-quruculuq işləri, yeni infrastruktur, istehsal müəssisələri, yaşayış məhəllələri və tarixi-dini abidələrlə tanış olub. Bu, 2020-ci ildən sonra diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura 22-ci kollektiv səfəri idi. 

Mənim araşdırmama görə Ermənistan mediasının materialları əsasən üç mərhələdən keçir: səfər haqqında qısa məlumatların yayılması, Şuşadakı görüntülərə görə Qərb diplomatlarının şəxsi hədəfə çevrilməsi, Gəncəsər və Xudavəng üzərindən “tarixin saxtalaşdırılması” iddialarının dövriyyəyə buraxılması.

“Azad olunmuş ərazilər” əvəzinə “işğal olunmuş Artsax”

Ermənistan mediasının böyük hissəsi “azad olunmuş ərazilər” ifadəsini qəbul etmir. Xəbərlərdə “işğal olunmuş Artsax”, “Bakının nəzarətində olan Artsax” və “işğal olunmuş Şuşa” kimi axmaq və yanlış ifadələr işlədilib.

PanARMENIAN ilkin xəbəri “Bakı diplomatları Artsaxa apardı” başlığı ilə təqdim edib. Materialda 150 nümayəndə, 58 ölkə və 9 beynəlxalq təşkilat barədə məlumat verilsə də, “Şərqi Zəngəzur”, “bərpa” və “tarixi-mədəni irs” anlayışları dırnaq içərisində yazılıb. Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcər yalnız erməni toponimləri ilə göstərilib. Xəbərin sonunda 2023-cü ilin sentyabr hadisələri və Qarabağ ermənilərinin bölgədən çıxması xatırladılıb. By da əslində İrəvanın mətbu mühitinin revanşist əhval ruhiyyədə olduğunu göstərir. 

“Armenia Today” daha sərt mövqe tutaraq xəbəri “Bakı tərəfindən təşkil edilən nümayəndə heyətində 150 diplomat işğal olunmuş Şuşaya səfər edib” başlığı ilə yayıb. Materialda səfər Şuşadakı bərpa işlərindən çox, Qazançı kilsəsinin ətrafında aparıldığı iddia olunan tikinti ilə əlaqələndirilib.

Bəzi erməni resurslarının “150 səfir” ifadəsini işlətməsi də manipulyativ yanaşmadır. Əslində söhbət 150 səfirdən deyil, 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən ümumilikdə 150 diplomatik korpus nümayəndəsindən gedir.

Şuşadakı görüntülər – üç Qərb diplomatı hədəfdə

Ermənistan mediasında əsas emosional dalğa........

© Müsavat