Putinin 44 günlük müharibə “taktikası” – biz üç
Yaxşı xəbər budur ki, bir neçə gün əvvəl Donbasın hələ də işğala qarşı müqavimət göstərən, Putinin isə boşaldılmasını tələb etdiyi 9 şəhərinin adını yazmış, əvvəldən Ukraynanın ərazilərdə ciddi müdafiə istehkamları qurduğu üçün müharibə davam edəcəyi təqdirdə Rusiyanın daha bir neçə ay yubultmağın mümkünlüyünü qeyd etmişdim.
Ukrayna Prezidenti Zelenski isə bildirib ki, Donbası tam ələ keçirmək üçün Rusiyaya təxminən... 4 il lazım olacaq! “Demək olar ki, dörd il davam edən genişmiqyaslı müharibədə Rusiya Donetsk bölgəsinin üçdə birini işğal edib. İlin sonuna qədər Donbası işğal etmələri ilə bağlı söhbətlər gedir, amma bunun üçün onlara daha dörd il lazımdır”.
Zelenski doğrusunu bilir və bu, gerçəkdirsə, Rusiyanın Ukrayna bataqlığında daha 4 il qalması bu ölkənin gələcəyini sual altına qoyur.
Putin 44 günlük müharibədə danışıqlarda fəal iştirakçı idi və 2020-ci il 10 noyabr razılaşmasında Ermənistanın Ağdam, Laçın və Kəlbəcəri müqavimətsiz təhvil verilməsinə imzası ilə şahidlik edib. Azərbaycan Ali Baş Komandanı İlham Əliyev müharibənin sonlarına yaxın bu tələbləri səsləndirməyə başlamışdı, Ermənistan ordusunun beli birdəfəlik qırıldıqdan (Şuşa zəfəri) sonra bu üç rayonu əsgər itkisi verməmək üçün gərəksiz hesab etdi. Həm də ermənilərin də neçə yüz........
© Müsavat
