Gorusdan Xankəndiyə getmək istəyən 5 min erməni
Ermənilərin “torpaq Azərbaycanındır, amma orada bizim də yaşamaq hüququmuzu təmin edin” deyib, hay-küyü qaldırmaq və Üçüncü Ermənistan müharibəsi ehtimalı haqda...
Taleyimizə bax ki, viran olmuş yurdlarımıza qayıtmaq qayğısını çəkmək yerinə, Ermənistandakı seçkiqabağı vəziyyəti izləməyə köklənmişik. Əslində regiondan asılı olmayaraq, qonşu dövlətdə seçkilər, hakimiyyətə hansı qüvvələrin gəlməsinin (və ya getməsinin) normal izlənməsi prosedurdur. Amma iş bundadır ki, qonşu dediyimiz üç onillik torpaqlarımızı işğalda saxlayan, müstəqillikdən bəri bizimlə heç bir diplomatik münasibət qurmayan, əsas qanununda da Azərbaycana qarşı ərazi iddiasını hələ də saxlayan Ermənistan adlı dövlətdir...
44 günlük müharibədəki məğlubiyyətdən sonra da erməni toplumunun qafasında Azərbaycana münasibətdə ciddi dəyişiklik yoxdur. Yayda olası parlament seçkilərində Paşinyan yetincə səs toplamasa, Ermənistan yenidən düşmən mövqeyinə qayıdacaq. Hər halda, parlament seçkilərinə qatılan düşərgənin açıqlamaları belə nəticə olacağını göstərir. Ermənistanın həll edəsi məsələ təkcə Azərbaycana münasibət deyil, Avropa Birliyi və Rusiya arasında son seçim etməkdir həm də. Yəni prosesləri təkcə biz yox, Avropa da, Rusiya da........
