“Cırtdan”ın “div”ə kəllə vurduğu zəmanə-Lixtenşt
Azərbaycan futbolunun əsas problemi balaca krallığın həvəskar futbolçuları ilə heç-heçə deyil – bizi bu səviyyəyə düşürən səbəblərdir
Dünya futbolu indi elə bir mərhələdədir ki, əvvəlki kimi “cırtdanlar” və “divlər” bölgüsü yalnız kağız üzərində qalıb. Biz heç vaxt “divlər” sırasında özümüzü görmədik, ancaq Cırtdan bizim nağıl qəhrəmanımızdır. Məsələn, divə necə kələk gəlib suda boğduğunu uşaqlıqdan bilirik. Amma dünya nağıllarla deyil, gerçəkliklə qəbul edilir.
Gerçəklik isə budur ki, Millətlər Liqasındakı rəqibimiz, vaxtilə bizi məğlub edən Lixtenşteynin Bakıdan indi 1 xal aparmasına görə yas tutmamaq lazımdır. Başını heç cür yol tapa bilmədiyin qapının dirəyinə vurmamaq, ya da azarkeşlərdən utanıb ayaqların arasında gizlətməmək də olar. Çünki bu bir gerçəkdir ki, biz daha cırtdanlar bölgüsündə mürgüləyən bir komandanın qapısına 90 dəqiqələrdə bir top belə vura bilmirik.Bu acı bir gerçəkdir, amma məsələn, baş hərfində “A” olan Almaniya da ötən turda Yunanıstana məğlub olursa, Azərbaycan da məğlubiyyətə bərabər heç-heçəyə görə özünü üzməməlidir. Cırtdanın divə kəllə vurduğu (kəllə ilə qol vurmaq da demək olar) bir zəmanədə yaşayırıq – dünya siyasəti də, müharibəsi də,........
