Ümumavropa inqilabı mümkünmü?..
Bütün inqilabların mayasında bərabərsizliklərə etiraz dayanır. İnsanlar düşüncəcə nə qədər sağçı olsalar da bərabərsizliyi heç kim sevmir. Üstəgəl, müxtəlif ölkələrdə sosial-siyasi quruluş nə qədər ideal olsa da bərabərsizliklər hər yerdə bəs edir, o cümlədən də inkişaf etmiş Avropa ölkələrində. Ona görə də Avropa ölkələrində son etirazlar bir növ iki pilləlidir. Etirazların nüvəsi Fransa hesab olunur, hansı ki, daim ən müxtəlif sosial-siyasi etrirazların öncülü olub. Bir əsrdə 5 inqilab. Hər şey Böyük Fransa inqilabından başlayıb Paris kommunasında bitdi...
Orta statistik fransız həmişə narazıdır. Fransız sosioloqları öz həmvətənlilərinin bir xüsusiyyətini daim qeyd edirlər: onlar sağçı insan kimi düşünür, solçu kimi hərəkət edirlər, seçkilərdə də solçulara dəstək verirlər.
Həyat səviyyəsinə görə Fransa inkişaf etmiş ölkədi. Amma son vaxtlar özünün Afrikadakı “satellit”lərini itirir, hərbiyə çox böyük xərclər ayırır, ölkədə sağçı-millətçi qüvvələrin........
