menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Salman Rüşdi, Əkrəm Əylisli və daha kim?..

41 0
23.02.2026

Deyilənlərə-yazılanlara görə, Salman Rüşdi də çox güclü yazıçıdır, Dünya ədəbi müstəvisinə çıxa biləcək, hətta çıxan ədibdir. Bəlkə də bu, bir az utanc gətirə biləcək etirafdır, amma doğrusu, onu oxumamışam- nisbətən cavan vaxtlarda imkan olmadı, indisə cəzb etmir, çünki indi yaşımızın da elə dövrüdür Quran-İslam özü daha çox cəzb edir, nəinki onun haqqında kimlərinsə yazdıqları...

Fəqət, bir məsələdə indi də qətiyik: istəməzdik ki, hətta Rüşdi də əsərlərinə görə hansısa təqiblərə məruz qalsın. Əgər insanlar, daha çox da bizim müsəlmanlar, bunu ötən əsrdə başa düşmədilərsə, heç olmasa, qoy, indi düşsünlər: fikrə fikirlə, yazıya yazıyla cavab verərlər...

İnanın, bir ara oxuyanda ki, Türkiyə və bizim Azərbaycan Salman Rüşdinin məşhur əsərinin qadağan olunmadığı yeganə müsəlman ölkələridir, doğrusu, bundan qürur duydum. Amma kiçikcik haşiyə kimi bir detalı da qeyd etməyə bilmirəm: o, da budur ki, maraqlıdır, görən, Səməd Behrəngi hansı cinayətinə görə vaxtilə türkiyəli qardaşlarımızın qəzəbinə gəlibmiş? Solçuluğa görə? Ola bilər, amma yenə deyirəm ki, Behrəngi haqda bunu oxuyanda çox təəccüblənmişdim, hərçənd, qardaş Türkiyədə  “Nazim Hikmət presedenti” deyilən problem də olub, indi də bəlkə var: bəli, hələ də həm doğma, həm də yad Nazim Hikmət...

Salman Rüşdiyə gəldikdə, əvvəlcə ümumi fikir bu idi ki, adam qalmaqal, ədəbi-ictimai “skandal” yaratmışdı ki, ədib kimi diqqətə gəlsin. 

Dünya ədəbiyyatında belə şeylər olur. Deyilənlərə-yazılanlara görə Nabokov kimi nəhəng də “Lolita”nı məhz elə bu məqsədlə yazıbmış və etiraf etmək lazımdır ki, hər ikisi də məqsədinə çatdı. Nabokov da, Rüşdi də böyük ədəbi–istimai “skandal” yarada bildi. Detallara ona görə varmıram ki, çoxunuz bunları bilirsiniz.

Amma diqqətinizi bir məqama yönəltmək istəyirəm. Rüşdi hətta diplomatik-siyasi, Nabokovsa ədəbi-ictimai qalmaqal yarada biləsə də Nobel almadılar! Faktın özü Nobel Komitəsinə simpatiya yaradır, azı ona görə ki, sənətdə qalmaqalların heç də hər şeyi həll etmədiyi aydın olur, hərçənd, Nabokov artıq klassik hesab olunur və insafən, adam heç bir Nobel laureatından geri yazıçı da deyildir.

Hətta Rüşdi də Dünya miqyaslı yazar sayılır və əgər, səhv etmirəmsə, adam Buker də alıbdır, hansı ki, “kiçik Nobel” hesab edilir...

Doğrusu, Pamuka da baxışımız fərqlidir, baxmayaraq, cəmi bir-iki əsərini oxumuşuq, amma ona da Nobelin guya sırf “erməni məsələsi”nə görə verildiyi fikrilə razı deyilik: təkrar deyirik ki, yaradıcılığını tamam bilmirik, gəl, Balzak olmasa da, hər halda, ciddi romançı təsiri yaradır... 

Bu minvalla gəlib çıxırıq bizim “Nobel sevdalıları”na. Xətirlərini çox istəsəm də bu məsələ bizim son nəsil yazarlarımızı da bir az gözümdən salmışdı. Bəzisi açıq-aşkar gileylənirdi ki, Nobel sərvətini Bakı neftindən qazanıbsa, niyə bir azərbaycanlı ədibə bu mükafat verilməsin? 

Razılaşın ki, gülməlidir. Hətta neçə dəfə yazdıq da ki, qardaşlar, mükafatı nə Nobel özü, nə də ki, qohum-əqrabası vermir, bunu, nə bilim, Nobel........

© Müsavat