Niyə müsəlmanların bəxti heç yerdə gətirmir?
Bu günlərdə qardaş Türkiyəylə bağlı kiçik sorğu-araşdırma oxudum. Bəri başdan deyim ki, heç də ürəkaçan olmadı bu və etiraf edim ki, xeyli məyus oldum.Qərəz, məlum oldu ki, bəs qardaş ölkədə 2020-ci ildə 44717 nəfər, 2025-ci ildəsə 59780 adam dövlət institutlarını və prezidenti təhqir etdiyinə görə bu və ya digər dərəcədə hüquqi təzyiqə məruz qalıbdır. Müqayisə üçün bu, da qeyd edilirdi ki, 2014-cü ildə bu ədəd cəmi 132 nəfər olub! Bəli, çox da ürək açmayan statistika təxminən beləydi, əgər səhv etmirəmsə...Heç vaxt özümüzü Türkiyənin iç siyasəti üzrə xüsusi bir bilgili mütəxəssis saymamaşıq, amma nə qədər qonşu İranla və Rusiyayla maraqlanmışıqsa, bundan da bəlkə də on dəfə artıq qardaş Türkiyəni diqqətdə saxlamağa çalışmışıq, çünki Ankaranın bizim həyatımızda oynadığı rol bu iki ölkədən qat-qat çoxdur: nə gizlədək, Rusiyaya da, İrana da daha çox təhlükəsizlik aspektindən yanaşırıq, bu iki ölkə bizim üçün daha çox potensial təhlükə - təhdid mənbəyi kimi çıxış edir, Türkiyəsə həm bu iki təhlükənin qarşısında bizim üçün bir növ sipərdir, həm də bir dövlətçilik oriyentiridir: çox şeyi onlardan öyrənməyə cəhd etmişik və güman, bundan sonra da edəcəyik. Mən hələ onu demirəm ki, bu ölkə hələ ötən əsrin əvvələrindən təkcə bizim elmi-mədəni intellektuallarımızın yox, elə siyasi intellektuallarımızın da bir cazibə mərkəzi olub, çox siyasi yeniliklər-innovasiyalar məhz oradan başlayıb...Odur, nəzərlərmiz daim Ankaradadır. Amma sanki qardaş ölkə hərdən missiyasını unudur, özü də gah geri, gah da irəli vurnuxmalar edir. Belə halda biz də-gənc türk dövlətlərinin cəmiyyətləri də çox çaşır, oriyentiri itiririk, nəyə, hara can atacağımızı bilmirik.Səmimi deyirəm, bu ədədlərə az qala, təlaşla baxıram. Həm də ona görə ki, çox yox, otuzca il bundan əvvəl başqa Türkiyə də vardı axı! Bəli, 132 və az qala, 60 min! Qorxulu tendensiyadan xəbər vermirmi? Axı çox da........
