Kötək və şayiə: başqası yoxmu?..
Ötən həftə oxudum ki, Rusiyada məhbəsdə rəssam Vladimir Yarotski vəfat edib, daha doğrusu, insan intihar edibdir. Xəbərdə həm də qeyd olunurdu ki, o, 2026-cı ilin əvvəlindən məhbəsdə həlak olan yeddinci siyasi məhbusdur! Etiraf edim ki, bu adamı tanımırdım. Rəssam olubdur və çox təəssüf ki, belə adamlar indinin özündə də daha çox ölümlərindən sonra tanınırlar. Həm də rəssam, məsələn, yazıçı deyil ki, əsərlərilə internetdən tanış olasan, yox, rəssamı tanımaq üçün sərgisinə getməlisən, yaxud da azı, albomlarına baxmalısan məncə. Dissident kimi də adı bizə az şey deyir, çünki, çox təəssüf, bununla da artıq kimisə təəccübləndirə, hətta insanların diqqətini özünə fokuslaşdıra bilməzsən, ona görə ki, çox şey adiləşib, hətta adamlar öyrəncəli olublar, xüsusən vaxtilə böyük demokrat və yazıçı - publisist Havelin Absurdstan adlandırdığı böyük siyasi məkanda.
Bəli, növbəti siyasi ölümlə də bağlı uzağı, “lənətə gəlmiş Qərb”in hansısa təşkilatı hansısa bəyanatla çıxış edəcək. Amma bu, nəyi dəyişəcək? Ölmüş adamı daha geri qaytarmazsan! Məşhur dissident Navalnıy da həbsdə çox müəmmalı şəkildə öləndə demək olar, hamı bunu pislədi və lənətlədi. Amma yenə də nə dəyişdi axı? Demək olar ki,........
