Hakimiyyət bu qədər şirindirmi?..
Bir dəfə də yazmışdım ki, qardaş Türkiyənin regional, hətta bir az da geniş miqyasdakı siyasəti mənim üçün daha aydındır, nəinki onun daxili siyasətinin bəzi incəlikləri.
Bilirsiniz, daxili siyasət siyasi yazarlarçün hər yerdə və həmişə bir az qəliz, hərdən hətta təhlükəli də ola bilir, xüsusən də nisbətən qeyri-demokratik ölkələrdə, o cümlədən də bəzi müsəlman - şərq dövlətlərində - bir neçə il bundan əvvəl, səhv etmirəmsə, səudiyyəli bir jurnalisti necə qətlə yetirdilər, çəlləkdə necə “əritdilərsə”, hələ qalıqları tapılmır məncə.
Başqa ölkələrdə heç bir önəm kəsb etməyən detallar belələrində hətta xüsusi əhəmiyyət-məna kəsb etməyə başlayır – kiminsə filankəsin dayısı nəvəsinin əmisi oğlu olması bir də görürsən nəyəsə təsir etməyə başlayır! Məsələn, ABŞ-da xüsusi siyasi araşdırmalarla məşğul olan adamları çıxmaqla, heç kim üçün önəmli deyil ki, prezident Tramp yaxın ətarfılnı - komandasını kimlərdən formalaşdıracaq – prezident seçilibdir və komandasını istədiyi kimi formalaşdırmaq onun hüququ və haqqıdır. Səriştəsiz, bacarıqsız adamları, qohum-əqrəbasını ətrafına toplayacaqsa bunun ziyanı öncə özünə dəyəcəkdir-əvvəl gülüş obyekti olacaq, sonrasa bir də gördün, hətta impiçment...
Çalmalı ərəb ölkələrində, məsələn, belə deyil, burada həlledici amil ilk olaraq hakim ailə, daha sonra isə tayfadır.
Əlbəttə, qardaş Türkiyə bu səviyyədə geri ölkə deyil, əksinə müsəlman dövlətləri arasında Qərb siyasi modellərinə, dəyərlərinə ən yaxın........
