menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Düşmək istəyən var? Saxlayaq Yer kürəsini?..

23 0
07.11.2026

Bəli, saxlayın Yer kürəsini, mən düşmək istəyirəm. Şairlər hissiyatlı olur, adi adamların duymadıqlarını duya bilirlər. Ona görə daim kədərli olurlar.

Bəli, bu günllərdə nədənsə rəhmətlik Vaqif Səmədoğlunun bu misrası yadıma düşdü. Hər yerdə vurnuxmadır, mübahisədir, münaqişədir ki, bəs görən nə olacaq? Tramp neyləyəcək? Kim birinci vuracaq? İran, yoxsa ABŞ?Biri deyir ki, demokratlar qoymayacaq. Digəri ərz edir ki, Trampın hələ iki ay vaxtı var. Demokratların təzə seçilmiş lideri buyurur ki, İranla müharibə ən yaxın vaxtda bitməlidir. Elə vurnuxmadır ki, həqiqətən də ağlından bir cümlə keçir: Saxlayın Yer kürəsini...Bizim bölgədə ən nikbin-optimist adam deyəsən, Paşinyandır. Yaxın vaxtlarda yeni konstitusiya layihəsini müzakirəyə çıxarmaq istəyir, daim Rusiya ilə polemikadadır.Amma hərəkətləri bəzən şübhələr də yaradır. Hətta bizimkilərin bəzisi bu fikirdədir ki, guya Nikol vaxt udmaq istəyir. Amma vaxt udub nə qələt eləyəcək? Şəxsən bizim üçün onun hərəkətində qaranlıq məqam budur ki, adam revanşist müxalifətə qarşı getdi, kilsəyə qarşı getdi, amma bunu diasporaya qarşı etmir. Halbuki o,........

© Müsavat