Vardanyanın şantajı və ya ermənilərdə “Qozbeli q
Nikol Paşinyan yaxasına özü dediyi kimi, “kadastr sənədi olmayan” Ermənistanın xəritəsinin maketini taxıb, nəinki ölkəsini, hətta Avropanı gəzir, Azərbaycanın razılığı ilə Qərbi Azərbaycan ərazisində elan olunmuş Ermənistana “kupça” almaq, “Real Ermənistan” qurmaq üçün gecə-gündüz demədən çalışır, Ruben Vardanyan isə Bakıdakı təcridxanadan Azərbaycana dil uzadır. Bəli, onun adından Ermənistan mətbuatında ictimailəşdirilən böhtanın başqa adı yoxdur. Məhkəmə istintaqı dövründə deməyə sözü yox idi, özünü təkəbbürlü aparmağa çalışsa da, sonda dahi klassiklərimiz Füzulidən, Caviddən, Nəsimidən şeirlər deməklə hakimlərin ürəyini yumşaltmağa çalışdı. Alınmadı, indi başqa varianta əl atıb.
Ermənistan mediası separatçının ailəsinə istinadən iddia edib ki, “Martın 13-də ailəsi ilə telefon danışığı zamanı Ruben Vardanyan Azərbaycan Ombudsmanı Səbinə Əliyevaya açıq müraciət etməyə çalışsa da, telefon danışığı kəsilib”.
Yəqin ki, Ombudsman Aparatı bu böhtanın cavabını faktlarla verəcək. Amma elə internet resurslarında axtarış verilərsə, Ombudsmanın hətta bütün olub, keçənlərə rəğmən, təcridxanada saxlanılan ermənilərə kifayət qədər zaman sərf etdiyini görmək olar. Elə Ruben Vardanyan Azərbaycandan qaçmaq istərkən saxlanıldıqdan və qoluqandallı Bakıya gətiriləndən bir neçə gün sonra 2023-cü ilin 6 oktyabrında məlumat yayılmışdı ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr keçirib. Xəbərdə deyilirdi ki, Ombudsman tərəfindən beynəlxalq və milli hüquq normalarının tələbləri əsasında keçirilən növbəti başçəkmə çərçivəsində bir çox təqsirləndirilən şəxs, o cümlədən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılaraq həbs edilmiş Vardanyan Ruben Karlenoviç də qəbul edilib.
“03 oktyabr 2023-cü il tarixdə keçirilmiş başçəkmə zamanı Vardanyan Ruben Karlenoviç Ombudsman tərəfindən fərdi qaydada dinlənilib, müraciətləri yerində cavablandırılıb. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqlarının təmin olunma vəziyyəti monitorinq edilib. O, saxlanma şəraitindən razılığını bildirib, ilkin tibbi müayinədən də keçdiyini və........
