menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Qəzzanın 7 milyardı və Azərbaycanın təqdim etdiy

25 0
23.02.2026

Birləşmiş Millətlər Təşkilatı (BMT) İkinci Dünya müharibəsi başa çatandan sonra, 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmışdı. “Ümumdünya Hökuməti”nin əsas məqsəd – məramı, vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək idi.

Amma təkcə Qəzza problemi BMT-nin qarşısına qoyduğu vəzifənin öhdəsindən gələ bilmədiyini bildirmək üçün kifayətdir. Az qala BMT ilə yaşıd olan Qəzza fəlakətində bu təşkilatın 2023-cü ilin oktyabrından bəri verdiyi itkiləri xatırlamaq da real mənzərəni göstərir. Dünyanın 200-dək ölkəsini öz çətiri altında birləşdirən BMT artıq funksionallığını itirmiş, üstqurumdan altquruma çevrilmiş təşkilat kimi formal fəaliyyət göstərir. Dünyanın bir sıra paytaxtlarında bu reallığı yenicə dərk ediblər. Azərbaycan isə hələ ötən əsrin əvvəllərində, BMT “Məşədi İbad” yaşına çatanda bu təsisatdan əlini üzmüşdü – Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi ilə bağlı Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin kağız üzərində qalmasından sonra. Hələ ABŞ-nin BMT Təhlükəsizlik Şurasını “yuxuya verib”, kimyəvi silah axtarışına çıxdığı İraqı şumlaması da bu təşkilatın tarixində acınacaqlı səhifədir.

Bütün bunların fonunda dünyanın super dövlətinin lideri Donald Trampın Sülh Şurasını təsis etməsi məntiqli olduğu qədər də müstəsna əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyev hələ bir neçə il əvvəl demişdi ki, “BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir”.

Dövlət başçımızın reallığı tamamilə əks etdirən mövqeyi beynəlxalq səviyyədə hamı tərəfindən hələlik etiraf olunmasa da, qəbul edilir. Dünyanın bir sıra regionlarında davam edən müharibələr fonunda BMT-nin effektsiz mövqeyi bunu təsdiqləyir. Odur ki, Azərbaycan Prezidentinin ABŞ lideri Donald Tramp tərəfindən Misirin Şarm Əl-Şeyx şəhərində təşkil olunan Yaxın Şərq Sammitinə dəvət olunması heç də təsadüfi deyildi. Eyni zamanda cari ilin yanvarında İsveçrənin Davos şəhərində Sülh Şurasının təsisi üçün təşkil olunan “Sülh Şurasının Nizamnaməsi”nin imzalanma mərasiminə İlham Əliyevin xüsusi dəvət əsasında iştirakı və Sülh Şurasının təsisçilərindən biri olması, həmçinin 19 fevralda Sülh Şurasının ilk iclasında dövlət başçımızın iştirakı Azərbaycan tarixinin şərəfli səhifələrindəndir.

Təsəvvür edin, formal təşkilata çevrilmiş BMT-yə alternativ hesab edilən, yeni dünya düzənində önəmi inkar edilməyən bir təsisatın təsisçilərindən biri Azərbaycandır! O ölkə ki 30 il ərzində BMT başda olmaqla, beynəlxalq aləmdən Qarabağa, Xocalıya...ədalət gözlədi. Amma yekunda ədaləti təkbaşına, öz gücü ilə təmin etdi, indi də nəinki regionda, bütövlükdə qlobal məkanda ədalətsizliyə qarşı prinsipial mövqe göstərən lider dövlətlərdəndir, beynəlxalq səviyyədə sülhün, təhlükəsizliyin, ədalətin bərqərar olmasından ötrü çalışır. Azərbaycan........

© Müsavat