Paşinyanın yaxasındakı xəritə və vampirlərin rev
Rusiyadakı Putin-Paşinyan görüşü Ermənistandakı revanşistləri hərəkətə gətirib. Hətta Xankəndidə ağ bayraq qaldırıb, təslim “sənədi”ni elan edəndən sonra qaçıb aradan çıxan Samvel Şahramanyan da “siçan deşiyi”ndən çıxıb və Yerablur qəbristanlığında başından böyük danışmağa çalışıb. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan isə Ermənistan və Rusiya liderlərinin geniş tərkibdə görüşündən və orada səsləndirilən bəyanatlardan danışarkən deyib ki, Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə kifayət qədər sərt siyasi mesaj verib. “Diplomatik dili bir kənara qoysaq, mesaj ondan ibarət idi ki, Ermənistan rəhbərliyi yanlış yoldadır və ölkəyə və onun xalqına daha böyük ziyan vurmaq riski daşıyır” – “katalizator” rolunun nimdaş ifaçılarından biri olan keçmiş XİN başçısı bildirib. Onun sözlərinə görə, iki lider arasında dünənki danışıqların məzmunu tipik rəsmi görüş çərçivəsindən kənara çıxıb. Konkret olaraq, Putin iqtisadi əlaqələrə və təhlükəsizliyə toxunub, “Dağlıq Qarabağ”ı xatırladıb, Paşinyanın Avropa İttifaqı ilə münasibətlərlə bağlı qeyri-real gözləntilərinə toxunub və qarşıdan gələn seçkilərə eyham vurub. “Rusiya lideri sadəcə olaraq ikitərəfli münasibətləri və regional məsələləri ümumiləşdirməklə kifayətlənməyib, o, Ermənistanın nəyə sahib olduğu, nəyi itirdiyi və hələ də nəyi itirə biləcəyi arasındakı ziddiyyəti aydın şəkildə ifadə edib”, - Oskanyan deyib.
Diplomatın iddiasına görə, Putinin açılış nitqi mahiyyətcə Paşinyanla bağlı “hökm” rolunu oynayır. Onun sözlərinə........
