menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Paşinyan Antalyaya gedən gün “Rus NATO-su” Ermən

25 0
07.11.2026

Ermənistanda Zəngəzur dəhlizi – TRIPP marşrutunun region, o cümlədən Ermənistanın özü üçün fövqəladə əhəmiyyət kəsb etdiyini anlayanlar artır. Dünənə qədər Zəngəzur dəhlizinin gəlir-çıxarını birmənalı şəkildə Azərbaycanın “ayağına yazıb”, bu layihəni “qəbulolunmaz” sayanlar artıq etiraf edirlər ki, Ermənistanı künc-bucaqdan çıxaracaq nəhəng layihə reallaşır və bunu dəstəkləmək lazımdır.

Ermənilər onu da anlayırlar ki, İranın Vilayətisinin kiminsə “ayağını qırmaq” hədəsi əslində Ermənistanın buxovlanmasına və dünyaya çıxışına əngəl olmağa, ermənilər üçün sadəcə 43 km-lik “nəfəslik” funksiyasını icra edən ölkənin əlində oyuncağa çevirməyə yönəlib. Eyni zamanda rusbaş ermənilər də dərk etməyə başlayıblar ki, Rusiya onlardan məqamı gələndə çəkic kimi istifadə etməyi üstün tutur, nəinki normal ölkə və millət olmalarına imkan tanımağı. Amma təəssüf ki, hələlik reallığı dərk edənlərin sayı o qədər də çox deyil.

Görünür, buna görə də erməniləri düz yola gətirməyə yönəlik cəhdlər davam edir. Axı, zaman keçir və Vaşinqton razılaşmasının reallaşdırılmasına yönəlik addım atmır ermənilər, iqtidarlı-cəmiyyətli. Budur, növbəti çağırış-xəbərdarlıq: TRIPP layihəsinin həyata keçirilməsi Azərbaycanın regionla nəqliyyat əlaqələrini genişləndirməyə imkan verəcək və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar yarada bilər.

Bu barədə ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen İkinci Ümumdünya Erməni Sammitində çıxış edərkən bildirib. Amerikalı diplomatın sözlərinə görə, layihə yalnız dəmir yolu əlaqəsinin deyil, digər mümkün nəqliyyat istiqamətlərinin də inkişafını nəzərdə tutur. Bu, həm də Ararat Mirzoyanın ötən ay Zəngəzur dəhlizindən ancaq dəmir yolunun keçə biləcəyi barədə əcaib mövqeyinə cavab da sayıla bilər.

Amerikalı diplomat........

© Müsavat