Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? –
İran hakimiyyət orqanları müstəqil Azərbaycan Respublikasının vətəndaşlarına təhsil verəcəkmişlər. Onların öz ölkəsindəki qızlara verdiyi təhsili lap yaxşı görürük. 1979-cu il inqilabında fədakarlıqla iştirak edən Azərbaycan türklərinə heç olmasa ölkə Konstitusiyasının 15-ci maddəsinə əsasən, ana dilində təhsil hüququnu belə, tanımırlar, Azərbaycan Respublikasının qızlarına təhsil təklif edirlər. Haqlı olaraq soruşulur: dediyiniz təhsili hansı dildə vermək niyyətindəsiniz, fars dilində? Milyonlarla insanın beyninin “yuyulması”ndan gözləriniz doymayıb, indi də Arazın bu tayına müdaxilə edirsiniz?!
Hətta absurdluq o həddə çatıb ki, İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif azərbaycanlı məktəbli qızlarla bağlı fərman verib. Bu addımı soyadı ilə kəskin ziddiyyət təşkil edən Arif, azərbaycanlı məktəblilərin İranda təhsilinə davam etdirə biləcəklərini deyib. İran rəsmisi Azərbaycandakı ümumtəhsil müəssisələrində vahid məktəbli formasının tətbiqini “təhsildən məhrumetmə” kimi qələmə verib və vahid məktəbli geyimi ilə razılaşmayanların İranda təhsillərini davam etdirmələrinə şərait yaradılmasını təklif edib. “İranın Elmlər Nazirliyinin Azərbaycan Respublikasında təhsildən məhrum qalan hicablı qızlarla bağlı dəvətini alqışlayıram. Hörmətli səhiyyə və təhsil nazirlərindən və İslami Azad Universitetinin hörmətli prezidentindən də azərbaycanlı tələbələrin qəbulu və təhsilinin davam etdirilməsi üçün lazımi tədbirləri görmələrini istəyirəm”-Arif “X” platformasında yazıb.
Bundan bir neçə gün əvvəl İranın elm və təhsil naziri Hüseyn Simayi Sərraf da oxşar təkliflə çıxış etmişdi.
Azərbaycanın Elm və Təhsil Nazirliyi Azərbaycanın daxili işlərinə müdaxilə ilə bağlı sərt reaksiya verib. Nazirlik vurğulayıb ki, Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb və təəssüf doğurur: “Bu, tamamilə yersiz açıqlama olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdindən başqa bir şey deyil. Heç kimə ölkəmizin daxili işlərinə, o cümlədən təhsil........
