menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Ermənistanın ordusu niyə olmalıdır ki?.. - o daş

28 0
13.09.2026

Nikol Paşinyan sülh müqaviləsinin imzalanmasından ötrü zəruri olan addımları atmağa tələsmir. Bakının konstitusiyanın dəyişdirilməsi ilə bağlı xatırlatmalarına Göyçə gölündə çimməklə “qarşılıq verən” erməni baş nazir özünü “sülhməramlı” göstərməklə işini bitmiş sayır. Belə bir durumda isə Ermənistandakı radikallar vaxtaşırı ortalığı qarışdırmaqdan ötrü baş qaldırırlar.

Bir neçə gün əvvəl “Güclü Ermənistan”ın təmsilçiləri 26 il yarımdır işğal altında olan Kərki kəndinə səfər edərək “ölərik, geri qaytarmarıq” şivəni qaldırdılar. Düzdür, Paşinyan bunun qarşılığında erməni revanşistləri ağıllı olmağa çağırdı, Kərkini öz adı ilə çağıraraq, bu kəndin Ermənistana aid olmadığını söylədi. Amma bu həqiqəti hər kəs bilir, elə erməni radikalların özləri də...1990-cı ildə Bakıdakı qarışıqlıqlardan sui-istifadə edib, Sədərək rayonunun kəndini işğal edən, əhalisini didərgin salan ermənilərə sözlə nəyisə qandırmaq mümkün olsaydı, 30 illik sülh danışıqları nəticə verərdi. Hələ bunların “müharibə partiyası”na daxil olmayanı Paşinyanın özü idi, hakimiyyətə gəldikdən az sonra sərt ritorika ilə çıxışlar etdi, Azərbaycana qarşı yeni ərazi iddialarını dilə gətirdi, Qarabağın Ermənistana aid olduğu iddiasını dilə gətirdi. Verilən dərsdən sonra realist olmağa cəhd göstərir. Deməli, erməni revanşistlərlə də yalnız eyni dillə danışmaq lazımdır, sözdən qanan deyillər!

Odur ki, Nikol Paşinyan revanşa cəhd göstərənləri dərhal cəzalandırmırsa, deməli, özü də revanşist planların içərisində yer alır. Əksini iddia edirsə, gecikmədən Ermənistan Konstitusiyasını dəyişdirsin, Azərbaycana qarşı ərazi iddialarına son qoysun! Azərbaycan Ermənistanı delimitasiya və demarkasiya işlərini davam etdirməyə,........

© Müsavat