Ermənistan Rusiyanın qəzəbindən xilas olmaq üçün
Erməni mediası Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matvienko ilə telefon danışığı aparmasından yazır. Bildirilir ki, spikerlər Ermənistan-Rusiya münasibətlərinin gündəliyinin müxtəlif məsələlərini, həmçinin MDB çərçivəsində və digər platformalarda əməkdaşlığı müzakirə ediblər. Həmçinin V.Matvienkonun Ermənistana planlaşdırılan rəsmi səfərinin təşkilati məsələləri müzakirə olunub.
Oxuculardan kimsə bəlkə də buraqədərki hissədən sonra “hə, nə olsun”, əlavəsini elədi. Amma yox. Məsələnin maraqlı tərəfləri var. Həmin bu, Alen Simonyan anti-Rusiya mövqeyinə görə Ermənistan Təhlükəsizlik Şurası sədri Armen Qriqoryanı son vaxtlar kölgədə qoymağa çalışırdı və özünü Qərbə sırımaq üçün – bəlkə də post-Paşinyan dövrü üçün - əlindən gələni edirdi.
2023-cü ilin oktyabrında Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya səfirinin XİN-ə çağırılmasına münasibət bildirərkən iddia etmişdi ki, Ermənistan heç vaxt Rusiya ilə münasibətlərdə özünü müttəfiq və ya tərəfdaş olmayan tərəf kimi göstərməyib. Forpost Ermənistanın parlament sədri bir az da uzağa gedərək Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bəyanatını, təbliğatla məşğul olan məşhur şəxslərin açıqlamalarını və təhqirlərini də xatırladaraq Kremlə qarşı sərt mövqeyə haqq qazandırmışdı. Demişdi ki, bu cür addımlar Ermənistan cəmiyyətində əks effekt yaradır. Sitat: “Qoy, gələn dəfə belə bir addım atmamışdan əvvəl iki........
© Müsavat
