“Demokrat” Paşinyanın fərasəti
Ermənistanın Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini açıqladı və Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş Müqaviləsi” Partiyasının 726.818 səs toplayaraq ümumi səslərin 49.7456 faizini əldə etdiyi rəsmən elan olundu.
Həmçinin, Kremlin dəstək verdiyi qüvvələrin ikinci və üçüncülüyü təmin etdikləri açıqlandı. Rusiyalı erməni milyarder Samvel Karapetyanın başçılıq etdiyi “Güclü Ermənistan” alyansı 340.006 səs (23.271 faiz), eks-prezident, cinayət yolu ilə böyük pullar qazanmış Robert Köçəryanın baş nazirliyə namizədliyini irəli sürmüş “Ermənistan” bloku isə 144.983 səs (9.9231 faiz) qazandı. Beləliklə, “Vətəndaş Müqaviləsi” parlamentdə 64 yer, “Güclü Ermənistan” 29 yer, “Ermənistan” bloku isə 12 yer əldə etdi.
Diqqətçəkən bir sıra məqamlar var. Məsələn, Paşinyan seçkiöncəsi Karapetyan-Köçəryan-Tsarukyanın timsalında “üçbaşlı əjdahalar”ın başını əzəcəyini bəyan etmişdi, demək olar ki, müəyyən dərəcədə istəyinə nail olub. Sonuncu iş adamına nəinki baryeri keçmək, hətta ölkəni tərk edib, “hava almaq” imkanını belə çox gördü. “Zvartnots” hava limanında “Çiçəklənən Ermənistan”ın başçısı Tsarukyana dedilər ki, sənin dövlətə külli miqdarda vergi borcun var, hara gedirsən?! Robert Köçəryanı da eyni hava limanından geri qaytardılar, hətta 3 günlük “şəxsi işləri” ilə bağlı Ermənistanı tərk etməsinə imkan vermədilər.
Hazırda onun “öldü-qaldısı” ilə bağlı müxtəlif xəbərlər yayılır, tərəfdarları həbs olunmadığını deyir, amma seçki ilə bağlı prosedurların başa çatmasıyla hər şey ola bilər,........
