menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Türkiyə-Azərbaycan ittifaqı: Harada birləşirik,

38 0
17.03.2026

Beynəlxalq siyasətdə dövlətlər arasında müttəfiqliklər çox vaxt maraqların müvəqqəti uyğunluğu üzərində qurulur və zaman keçdikcə dəyişə bilir. Lakin bəzi münasibətlər var ki, onlar yalnız siyasi hesablamalarla deyil, həm də tarix, mədəniyyət və ortaq təhlükəsizlik düşüncəsi ilə formalaşır. Fərqli geopolitik mühitlərdə fəaliyyət göstərmələrinə baxmayaraq, Ankara və Bakı ortaq strateji məntiq üzərində qurulmuş davamlı ittifaq yaratmağı bacarıblar.

Türkiyə ilə Azərbaycan münasibətləri beynəlxalq siyasətdə nadir rast gəlinən strateji tərəfdaşlıq modellərindən biridir. Bu münasibətlər yalnız dövlətlərarası diplomatik əməkdaşlıq deyil; o, ortaq tarix, dil və mədəniyyət üzərində qurulmuş daha dərin siyasi və sivilizasiya bağlarını ifadə edir.

Türk dünyasının böyük maarifçisi İsmayıl Qaspıralı XIX əsrin sonunda türk xalqları arasında mədəni və intellektual inteqrasiyanın əsas formulunu irəli sürərkən “dildə, fikirdə, işdə birlik” ideyasını ortaya qoymuşdu. Bu fikir sonradan türk dünyasının siyasi və mədəni düşüncəsinin istiqamətini müəyyən edən əsas ideyalardan birinə çevrildi.

XX əsrin əvvəllərində isə Əli bəy Hüseynzadə bu ideyanı daha konkret ideoloji proqram halına gətirərək yazırdı: “Türkləşmək, islamlaşmaq, müasirləşmək.”

Bu konsepsiya türk dünyasında milli kimliyin və modern dövlət ideyasının formalaşmasına ciddi təsir göstərdi.

Bu ideoloji xətt sonradan Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk dövründə siyasi məna qazandı. Atatürk türk dünyasının yaxınlığı haqqında belə demişdi:........

© Müsavat