menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Türk kimliyi, yoxsa şiəlik? Azərbaycanın taleyin

30 0
15.04.2026

Bu gün Azərbaycan üçün ən fundamental suallardan biri budur: bizim üçün əsas olan nədir — dini kimlik, yoxsa milli kimlik? Başqa sözlə desək, şiə olmaqmı daha önəmlidir, yoxsa türk olmaq?

Azərbaycan reallığı bu suala artıq cavab verib. Tarix də, geopolitika da göstərir ki, bizim coğrafiyada həlledici amil dini yox, milli kimlikdir. Çünki dövlətlər və xalqlar münasibətlərini ideoloji şüarlar üzərindən deyil, real maraqlar üzərindən qururlar.

Əgər şiəlik həlledici faktor olsaydı, məntiqlə Iran özünü “şiə dünyasının lideri” kimi təqdim etdiyi üçün Qarabağ müharibəsində Azərbaycanın yanında dayanmalı idi. Amma reallıq bunun tam əksi oldu. İran Ermənistanın yanında, Azərbaycanın isə qarşısında dayandı. Bu fakt göstərdi ki, dini yaxınlıq siyasi davranışı müəyyən etmir.

Əksinə, Türkiyə Azərbaycanın yanında açıq və prinsipial mövqe tutdu. Bunun arxasında dayanan əsas faktor ortaq milli kimlik və strateji yaxınlıq idi.

Bu nöqtədə diqqət yetirilməli ən mühüm məsələlərdən biri də İran daxilində yaşayan türklərin vəziyyətidir. Müxtəlif qiymətləndirmələrə görə, İran əhalisinin az qala yarısını türklər təşkil edir. Lakin buna baxmayaraq, onların milli və mədəni hüquqları ciddi şəkildə məhdudlaşdırılır. Ana dilində təhsil........

© Müsavat