menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Qılıncdan raketlərə: müharibələrin taleyini dəyi

43 0
16.03.2026

Tarix göstərir ki, müharibələrin taleyini çox vaxt cəsarət deyil, texnologiya müəyyən edir

“Müharibə daim dəyişir, çünki onu aparan vasitələr dəyişir." Hərbi nəzəriyyəçi Carl von Clausewitz

Tarix bəzən imperiyaların taleyini bir döyüşdə, bəzən bir qərarda həll edir. Bəzən isə hər şey bir texnologiyadan başlayır. 1453-cü ildə Konstantinopolun fəthi bunun klassik nümunəsidir. Osmanlı sultanı II Mehmed şəhəri yalnız böyük ordu ilə deyil, həm də yeni silah texnologiyası ilə aldı. Bu texnologiyanın müəllifi macar mühəndisi Urban idi.

Urban əvvəlcə öz layihəsini Bizans imperatoruna təqdim etmişdi. O, şəhərin müdafiəsi üçün nəhəng toplar hazırlamağı təklif edirdi. Lakin zəifləmiş Bizans imperiyası bu layihəni maliyyələşdirə bilmədi. Urban daha sonra Osmanlı sarayına müraciət etdi. Sultan Mehmed bu təklifi qəbul etdi və mühəndisə nəhəng toplar hazırlamaq üçün bütün imkanları verdi. Bu toplar Konstantinopolun məşhur qala divarlarını dağıtdı.

Tarixdə nadir hallarda belə ironiyalar olur: Bizansın rədd etdiyi texnologiya Bizans imperiyasının sonunu gətirdi.

Bir qərar və minillik imperiya tarixdən silindi. Aradan altmış il keçəndən sonra eyni dərs Yaxın Şərqin başqa bir meydanında təkrarlandı. 1514-cü ildə baş verən........

© Müsavat