İsrail Türkiyəni vura bilərmi?- Ərdoğan bunun ca
Embarqolar, güc və caydırıcılığın real anatomiyası
Son dövrlərdə belə bir tezis dövriyyəyə buraxılır ki, İranla qarşıdurmadan sonra növbəti hədəf Türkiyə ola bilər. Bu fikir emosional səslənir, amma geopolitika emosiyalarla yox, risk hesabı ilə işləyir.
Sual sadədir. Türkiyə vurula biləcək ölkədirmi? Cavab daha sərtdir. Türkiyə vurulması baha başa gələn ölkədir.
Qarabağ müharibəsindən sonra Türkiyəyə qarşı tətbiq olunan məhdudiyyətlər təsadüfi deyildi. Kanada elektro optik sistemləri dayandırdı, ABŞ mühərrik texnologiyalarını məhdudlaşdırdı, Avropa hərbi komponentləri blokladı. Məsələn, Almaniya Türkiyəyə tank mühərrikləri və güc sistemləri vermədi. ABŞ və Böyük Britaniya mənşəli mühərriklər səbəbindən Türkiyənin T129 helikopter ixracı belə bloklandı. Məqsəd Türkiyənin texnoloji damarını kəsmək idi. Amma nəticə tərsinə oldu.
SETA analizi açıq deyir:” The U.S. embargo… led Turkey to search for ways to sustain self-sufficiency.” (ABŞ embarqosu Türkiyəni özünütəminat yolları axtarmağa məcbur etdi.)
Akademik yanaşma bunu daha da sərt qoyur: ”Sanctions… will accelerate domestic production.” (Sanksiyalar daxili istehsalı sürətləndirəcək.)
Və sürətləndirdi. Türkiyə xarici........
