İran raketləri və NATO qalxanı: Türkiyənin üzləş
İranın raketləri Türkiyəni deyil, əslində NATO-nun təhlükəsizlik arxitekturasını sınağa çəkir. Yaxın Şərqdə müharibələrin coğrafiyası çox vaxt gözlənilmədən genişlənir. İran və İsrail arasında artan gərginlik fonunda Türkiyənin hava məkanında baş verən son raket insidentləri regionun təhlükəsizlik arxitekturasında yeni və təhlükəli bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. NATO hava müdafiə sistemlərinin İran istiqamətindən gələn ballistik raketləri zərərsizləşdirməsi artıq təkcə regional deyil, həm də qlobal təhlükəsizlik məsələsinə çevrilən bir situasiyanı ortaya qoyur.
İran Türkiyəyə hücum edə bilərmi? İncirlik bazasının strateji rolu
Son günlərdə Türkiyə cənubunda baş verən hadisələr regionun təhlükəsizlik balansı haqqında ciddi suallar doğurur. Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, İran ərazisindən buraxıldığı ehtimal olunan üç ballistik raket Türkiyə istiqamətində hərəkət edərkən NATO hava müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Nazirliyin açıqlamasına görə, raketlərdən biri Türkiyə hava məkanına çatmadan vurulub, digəri isə hava məkanına daxil olduqdan sonra məhv edilib.
Bu barədə məlumatlar beynəlxalq media, o........
